“Tramp 71 yaşında prezident ola bilirsə, yaşlı vətəndaşlarımız nə üçün məmur olmasın?”

“Tramp 71 yaşında prezident ola bilirsə, yaşlı vətəndaşlarımız nə üçün məmur olmasın?”
"Cənab prezidentin təyin etdiyi yeni kadrlar müasir çağırışlara cavab verən şəxslərdir”.  
 
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib. 

Əliağa Hüseynov prezidentin yeni kadr islahatlarının əhali tərəfindən yüksək qiymətləndirildiyini söyləyib:
 
"Azərbaycan dünyaya və Avropaya inteqrasiya edir. Təbii ki, buna uyğun da nazirlərimiz olmalıdır. Prezidentin təyinatları hamı tərəfindən alqışlanır. Bəzən deyirlər ki, filankəsin yaşı çoxdur, o iş bacarmır və sairə. Bu cür fikirlər doğru deyil. Necə olur ki, Donald Tramp 71 yaşında prezident ola bilir, ancaq Azərbaycanda yaşlı vətəndaş məmur ola bilməsin? Hesab edirəm ki, xalqa, dövlətçiliyə xidmət etməkdə yaş məhdudiyyəti olmamalıdır. Vəzifədə ağıllı gənclərimiz də, yaşlı insanlarımız da ola bilər. Yaşlı insanların təcrübəsi bizə lazımdır. Bəs gənclər təcrübə və bilikləri kimdən öyrənməlidir? Gənclərimiz çalışdıqları sahələrdə rəhbər işçilərin təcrübəsindən yararlanmalıdırlar”.   

Orxan Bəşirov 
AdRiver

XƏBƏR LENTİ