“Traktorsazi” yenə qələbə qazandı

“Traktorsazi” yenə qələbə qazandı
Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilib.

Cənubi Azərbaycanı təmsil edən "Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda "Sanat Naft Abadan”la qarşılaşıb. "Traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Təbrizin digər təmsilçisi - "Maşinsazi” isə bu turda "Naft Masjed Soleyman”la səfər oyununda heç-heçəyə imza atıb – 1:1.

"Traktorazi” 49 xalla 16 iştirakçı arasında 2-ci, "Maşinsazi” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR