İdman

“Traktor” cəzalandırılan Mehdi Bebri ilə bağlı məlumat yaydı

“Traktor” cəzalandırılan Mehdi Bebri ilə bağlı məlumat yaydı
 Təbrizin "Traktor” klubu "Barış Pınarı”na dəstək olduğu üçün federasiyanın cəzalandırdığı Mehdi Bebriyə dəstək olub.

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, yüksək liqa təmsilçisi "Tvitter” hesabında İran Futbol Federasiyasının qərarına etiraz edib:

"İstiqlal” klubunda çıxış edən Voria Qafuri "Instagram” hesabında "Save Rojava” yazmış və Türkiyəyə xoş olmayan sözlər qeyd etmişdi. Buna baxmayaraq, o, cəza almamışdı. Biz bütün gücümüz və azarkeşlərimizlə futbolçularımızın arxasında dayanmışıq".

Qeyd edək ki, İran Futbol Federasiyası Türkiyənin "Barış Pınarı”na dəstək olduğu üçün Mehdi Bebrini bir müddət futboldan kənarlaşdırıb və paylaşımını "İnstagram”dan silməyə məcbur edib.


XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930