\"Toyota\" 140 mindən çox avtomobili geri çağırdı

\
"Toyota" şirkəti ABŞ-da 143 minə yaxın avtomobili geri çağırıb.
 
Qərar avtomobillərdə əyləc sistemində və təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Geri çağırılma 2018-2019-cu illərdə istehsal olunmuş "Land Cruiser" və "Lexus LX570" avtomobillərinə, eləcə də 2018-2019-cu illərin "Tacoma" pikaplarına şamil edilib.

Həmin qüsurlarla əlaqədar yol qəzalarının baş vermədiyi qeyd olunur.
 

OXŞAR XƏBƏRLƏR