Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq
Bu ilin iyulun 1-dən toylara icazə verilməsi aylıq dövriyyəsi 100 milyon manatdan artıq olan biznes sektorunun canlanmasına səbəb olacaq. Toy, əyləncə, nişan, ad günləri və digər bu kimi tədbirlərin keçirilməsinə şərait yaradılması həm məşğulluq, həm ərzaq və geyim bazarında, həm də bir çox pullu xidmət sahəsində tələbin güclənməsi ilə nəticələnəcək.

Sfera.az bildirir ki, Azərbaycanda restoran və şadlıq sarayı kimi fəaliyyət göstərən hüquqi şəxs statuslu 2500-dən bir qədər çox kommersiya müəssisəsi var. Hər müəssisədə orta hesabla faktiki 30 nəfərin çalışdığını ehtimal etsək, bu sahədə ümumilikdə 75 min insanın məşğulluğunun təmin edildiyi aydınlaşar. 

Yalnız şadlıq saraylarının fəaliyyət göstərməməsi minlərlə insanın işsiz qalmasına səbəb olmuşdu. Məsələn, pandemiyaya qədər Bakı şəhərində 570 şadlıq sarayı fəaliyyət göstərirdi ki, burada da 25 minə yaxın insan işləyirdi. Karantin tədbirləri ilə əlaqədar həmin insanlar işsiz qalmışdı. Şənlik mərasimlərinin keçirilməsinə tətbiq olunan qadağa musiqiçilərin, gözəllik salonlarının, geyim və avtomobil icarəsi sahələrinin iş həcmini azaltmışdı. İcazələrin verilməsi həmin sahələrdə minlərlə insana məşğulluq imkanı yaradacaq. Şənliklərin keçirilməsi iqtisadi dövriyyəni böyüdəcək. 

Rəsmi məlumatlara əsasən, 2019-cu ildə ölkəmizdə 58 317 nikah olub. Qeyri-rəsmi nikahları da nəzərə alsaq, cəmi nikahların sayı 60 mini keçir. Bu, ayda orta hesabla 5 min nikah və ya ən azı 5 min toy deməkdir. Amma məlumdur ki, bəzi hallarda qız və oğlan toyları, nişan mərasimləri ayrı təşkil edilir. Bunları da nəzərə aldıqda, hər ay ölkəmizdə 10 min şənlik mərasiminin keçirildiyini proqnozlaşdırmaq olar. 

Hər toyda orta hesabla 150 nəfərin iştirak etdiyini və bir nəfərə görə orta hesabla 30 manatın xərcləndiyini ehtimal etsək, yalnız şadlıq evlərinin sayəsində aylıq dövriyyə 45-50 milyon manat artacaq. 

Lakin iqtisadi dövriyyə sadəcə məşğulluq və xidmət satışı ilə bağlı artmayacaq. Toyların və digər şənliklərin keçirilməsi əlaqəli sahələrdə də iqtisadi dövriyyəni genişləndirəcək. 

Şənliklər ərzaq bazarında bəzi məhsullara olan tələbi ciddi səviyyədə artıracaq. Bura ət və ət məhsulları, eyni zamanda tərəvəz satışı sahələri daxildir. Bir toy mərasiminə görə quş və mal ətinə tələb 80-100 kq, bütün toylara görə ayda 800 ton, ildə 9600 ton olur. Bu qədər əlavə ət alışı ət və ət məhsulları bazarında dövriyyənin artmasına təkan verəcək. Dövriyyənin artması ət istehsalının ay ərzində əlavə 5-10 milyon manat artırılmasını tələb edəcək. 

Bir toyda 50-80 kq tərəvəzdən istifadə edilir ki, bu da aylıq 600 ton, illik 7200 ton əlavə tərəvəz istehsalı deməkdir. Bazar qiymətləri ilə götürdükdə tərəvəz istehsalının həcmində aylıq 1,5-2 milyon manatlıq artım proqnozlaşdırmaq olar. Bu siyahıya spirtli və spirtsiz içkiləri, meyvələri də daxil etsək, adıçəkilən sahələrdə dövriyyə 2-3 milyon manat artım göstərəcək. 

Toyların ciddi iqtisadi dövriyyə yaradacağı sahələrdən biri də geyim sektorudur. 2020-ci ilin yekunlarına görə Azərbaycan əhalisinin geyimə xərclədiyi vəsait real qiymətlərlə 9 faiz azalıb. Nominal qiymətlərlə hesabladıqda isə azalma 500 milyon manat və ya aylıq 42 milyon manat təşkil edib. Ekspert qiymətləndirmələrinə əsasən, geyimə çəkilən xərcin bu dərəcədə azalmasında ən azı 50 faiz paya toyların, şənliklərin keçirilməməsi təsir göstərib. Bu təsiri nəzərə alsaq, şənliklərin keçirilməsinə icazə verilməsi geyim seqmentində dövriyyəni 20 milyon manatdan çox artıracaq.

Gül, bəzək əşyalarının satışı, müxtəlif şouların təşkili xidməti və digər alaqəli sahələri də diqqətə aldıqda toylara və digər şənlik mərasimlərinin keçirilməsinə imkan yaradılması ayda əlavə 100 milyon manatlıq, illik 1,2 milyard manatlıq dövriyyənin formalaşmasına səbəb olacaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...