Tovuzquşunu 2 milyona satmaq istədi: 12 nəfər həbs edildi

Tovuzquşunu 2 milyona satmaq istədi: 12 nəfər həbs edildi
Türkiyə polisi dünən gecə 12 nəfərlik cinayətkar dəstəni həbs edib.
 
Sfera.az xəbər verir ki, yəmənli Avad Əli Həsən Al Masri, Yəməndən gətirdiyi  almaz və zümrüdlə işlənmiş tovuzquşunu satmaq istəyərkən silahlı şəxslərin hücumuna məruz qalıb.
 
Onun telefonda iki milyon dollara satmaq üçün razılaşdığı adamlar görüş yerində  qiymətli əşyasını əlindən alaraq, özünü də girov götürüblər.
 
 Mart ayından girovluqdan azad edilən Yəmən vətəndaşı polisə müraciət edib. Polisin uzun axtarışları bəhrəsini verib. Dekabrın 16-da bu cinayətdə şüqbhəli bilinən 12 nəfər həbs edilib. Qiymətli tovuzquşu cinayətkarlardan götürülüb.
 
Yəmənli Avad Əli Həsən Al Masrinin qiymətli əşyası özünə qaytarılıb.


OXŞAR XƏBƏRLƏR