Tovuzda qəza olub, ölən və yaralananlar var
09:43 / 28.09.2019
1113
Tovuz rayonunda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qovlar-Quşçu yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində baş verən qəzada ölən və yaralananların olduğu bildirilir.
Hadisə yerinə yol polis və təcili tibbi yardım briqadası cəlb olunub.