Tovuzda ata oğlunu ağaca zəncirlə bağlayaraq döydü
Kriminal
16:32 / 27.07.2021
875
Tovuz rayonunda ata oğlunu ağacla döyüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.
Kənd sakini, 2009-cu il təvəllüdlü yeniyetmə atası tərəfindən ağacla döyülərək xəsarət alıb.
O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Atanın oğlunu ağaca zəncirlə bağlayaraq döyməsinin səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.