"Tövbə edənlər koronavirusa yoluxmaz" - “Seyid vəsiqəsi” verən hacı

 

Sosial şəbəkələrdə bəzi dindarlar dünyanı cənginə alan ölümcül koronavirusun qiyamətin əlaməti olduğunu iddia edirlər.

Sfera.az  xəbər verir ki, sözügedən məsələ ilə bağlı unikal.org "Seyid vəsiqəsi" verməklə gündəmə gələn Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Masallı rayonundakı qazısı hacı Mirqiyas Təhməzovun fikirlərini öyrənib.

Hacı Mirqiyas Təhməzov koronavirusun qiyamətin əlaməti olmadığını dilə gətirib: "Qətiyən bu virusda qiyamətin əlaməti yoxdur. Bu virus yalnız insanların pis əməllərinin "bəhrəsidir" ki, görürük".

QMİ rəsmisi əlavə edib ki, dinimizdə belə bir bəlalı virusun aradan getməsi üçün dua da (ayə və yaxud surə) yoxdur:

"Bunun təkcə bir yolu var. Allaha sığınıb, tövbə etmək. Əgər insanlar pis əməllərinə görə tövbə etsələr, belə bir virusa tutulmazlar. Yalan danışmaq, şərabxorluq, mərdimazarlıq, ailəyə, başqasının namusuna sataşmağın bəlasıdır ki, gəlib boğazımıza keçib.

Bu, yer üzündə olan məxluqatın pis əməlinin mükafatıdır ki, Çindən başlayıb. Artıq bütün dünyanı ağuşuna alır. İranda məgər pis əməl sahibləri yoxdur? Bundan sonra da Allahın qadağan etdiyi hərəkətlərə "əməl edənlər" Yaradanın bəlasına düçar olacaqlar". (unikal.org)


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...