Tornado ABŞ-ın bir neçə ştatında dağıntılar törədib
Cəmiyyət
16:21 / 19.09.2015
1485
Dağıdıcı tornado ABŞ-ın üç ştatının ərazisindən keçib. Qasırğa Kanzas, Missuri ştatlarının ərazisində, həmçinin İllinoys ştatında onlarla yaşayış məntəqəsinə zərər vurub.
Vesti.ru saytı xəbər verir ki, İllinoys ştatının rəhbərliyi yeni tornadoların yaranacağı barədə xəbərdarlıq edib. Bütün ştat boyu evlər dağılıb, güclü külək yüzlərlə binanın damını qoparıb.
Elektrik xətlərində baş verən qırılmalar səbəbindən minlərlə sakin işıqsız qalıb.Artıq Çikaqo hava limanlarının administrasiyası da sərnişinlərə reyslərin ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib.
Aysel