“Tonoyan toya hazırlaşır, 5 min hərbçinin ölümü vecinə deyil” - Erməni KİV

“Tonoyan toya hazırlaşır, 5 min hərbçinin ölümü vecinə deyil” - Erməni KİV
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla bağlı yeni qalmaqallı məlumat yayılıb.

Sfera.az xəbər verir ki, erməni KİV-ləri xalqın matəmdə olmasına baxmayaraq, Tonoyanın eyş-işrətdən qalmadığını yazıblar.

"Biabırçı Qarabağ məğlubiyyətindən sonra əsas günahkarlardan olan müdafiə naziri David Tonoyan vəzifədən uzaqlaşdırıldı və daha ortalıqda görünmədi. Bununla belə, cəmiyyət baş verənlərin izahını tələb etmədi, Tonoyanın isə xalqın gözündən itməsi ilə barışdı. Onun adı məğlubiyyətin əsas səbəbkarlarından olan Paşinyan və Qasparyanın yanına qoyulmalı idi. Ancaq məlum olur ki, Tonoyan 5000 müharibə qurbanının və ya torpaqların itirməsinin dərdini çəkmir”.

Tonoyanın vəzifədə olduğu vaxt səsləndirdiyi sərsəm bəyanatı ("Yeni müharibə, yeni ərazilər"-red.) xatırladan erməni jurnalistlər onun on minlərlə gəncin şikəst qalmasından və faciəvi durumdan narahatlıq keçirmədiyini bildiriblər.

"Onların ayaqları yoxdur, zədələnmiş orqanları ilə yaşamaq məcburiyyətindədirlər. Yüzlərlə valideyn oğullarının cəsədlərini tapmağı xəyal edir. Bu minvalla nazir də öz kefində olub. Onun bir bacısı qızının nişanı və toyu noyabr ayında, başqa birinin nişanı isə dekabr ayında baş tutub, daha sonra ona toy ediblər. 31 dekabrda isə Tonoyanın qızı üçün möhtəşəm bir nişan təşkil edilib. Mənbəmizin verdiyi məlumata görə, qonşular artıq Tonoyanı hərbçilər binasında da görmürlər. 2 il ərzində iki mərtəbəli xüsusi bir villa tikdirib ki, bu evdə nişanın baş tutması ehtimal edilir. Ancaq Tonoyanın bu davranışları təəccüblü deyil․ Sentyabrın 27-i, səhər tezdən müharibə başlayanda, bizim müdafiə nazirimiz olmuş Tonoyan Bolqarıstandakı dostu və iş ortağı olan David Qalstyanın ad günündə iştirak edirdi”.

KİV-lər həmçinin Tonoyanın nazirlikdən maaş olaraq 12, 791 241 dram almasını Ermənistan Dövlət Sosial Fondundan, həmçinin Müdafiə Nazirliyindən milyonlarla dram məbləğində təqaüd və digər "gəlirlər" əldə etməsini diqqətə çatdırıb.

Qeyd edilib ki, Tonoyan bu günlər ərzində heç bir cinayət işinə cəlb edilməyib, araşdırılma aparılmayıb və bu səbəbdən yığdıqlarını hələ də əyləncə və ev tikməyə sərf edir. (Azvizion)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...