Cəmİyyət

Tolikdən Rasim Musabəyova “açıq dərs”: Ramazan ayında kiminsə çörəyinə bais oldun

Tolikdən Rasim Musabəyova  “açıq dərs”: Ramazan ayında kiminsə çörəyinə bais oldun
Bir neçə gün öncə millət vəkili Rasim Müsabəyovun Azneft dairəsin yerləşən keçiddə popkoron satan kiçik yaşlı qızı  həmin ərazidən uzaqlaşdırması ilə bağlı xəbər yayıldı. Bundan sonra millət vəkilinin bu hərəkəti sosial mediada birmənalı qarşılanmadı. Sosial şəbəkə istifadəçiləri millət vəkilini bu əməlinə görə tənqid etdilər. Səbəb aydın idi. 11 yaşlı, məktəbə getməli olan bir uşaq nədən keçiddə popkorn satmalı idi. Azyaşlı qız məktəbə getməli olsa da, dərs vaxtı keçiddə popkorn satırdı. Millət vəkili ailəsini çətinliklə dolandıran bu qızcığazın problemini həll etməyə borclu olsa da onu işindən uzaqlaşdırmağı daha ümdə vəzifə bildi. Məhz bu səbəbdən Rasim Musabəyov sosial  media istifadəçilərinin tənqid hədəfinə çevrildi.
Millət vəkilini tənqid edənlərdən biri də prodüser Tolik (Tarix Əliyev) olub. O  sosial şəbəkə hesabından deputatı sərt şəkildə tənqid edib:
 
"Bu millət vəkilin heç tanımıram. Heç bilmirəm millət üçün nə edib. Onu keçiddə popkorn satan uşaq narahat edibsə, bu uşağa başqa yerdə iş verərdi. Bu Ramazan ayında kiminsə çörəyinə bais oldun. İnşallah bu axırıncı millət vəkili statusun olar. Gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyini və nə işlər gördüyünün şahidi olarlar. Ayıb olsun. " 

Tolik həmin gəncə dəstək olacağını da bildirib: "O uşağı kim tanıyırsa mənə desin. Mən ona iş tapmağında kömək olacam. Tapa bilməsə ona əlimdən gələn yardımı edəcəm."

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031