Tokio-2020: Yamaykalı atlet olimpiya rekordunu yenilədi
17:55 / 31.07.2021
1600
Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların 100 metr məsafəyə qaçış yarışına yekun vurulub.
Sfera.az bildirir ki, bu növdə hər 3 medalı Yamayka atletləri qazanıblar.
Eleyn Tompson 10,61 saniyəlik göstərici ilə birinci olub və yeni olimpiya rekordu müəyyənləşdirib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Şelli-Enn Freyzer-Prays (10,74) və Şerika Cekson (10,76) tutublar.
Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.