Tokio-2020-də Azərbaycan ikinci medalı qazandı

Tokio-2020-də Azərbaycan ikinci medalı qazandı
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci medalı təmin edib.

Sfera.az-ın məlumatına görə, buna 69 kq çəki dərəcəsində yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib.

Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq. Həmin medalın əyarı isə növbəti günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.


OXŞAR XƏBƏRLƏR