Toğrul Əsgərova vəzifə təklif olundu - Karyerasını bitirir
23:00 / 24.01.2022
2184
Londonda 2008-ci ildə keçirilən Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov idmançı karyerasını başa vurur.
Sfera.az xəbər verir ki, T.Əsgərova Azərbaycan Güləş Federasiyasında vitse-prezident postu təklif olunub.
Uzun müddətdir zədələrlə mübarizə aparan Olimpiya çempionu hələ ki, qərarını verməyib. Onun yaxın günlərdə qərarını açıqlayacağı bildirilir. Böyük ehtimalla Əsgərov karyerasını başa vurub federasiyanın vitse-prezidenti vəzifəsini icra edəcək.
(Qafqazinfo)