Tofiq Zülfüqarov: “ABŞ Əfqanıstandan çıxsa, ruslar...”

Tofiq Zülfüqarov: “ABŞ Əfqanıstandan çıxsa, ruslar...”
Tramp adminstrasiyasının Suriya və Əfqanıstandan ordunu çıxarması bölgə dövlətlərinin əl-qolunu açacaq. Bu halda region ölkələrinin aktivləşməsini gözləniləndir.

Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, əgər ABŞ ordusu Suriyadan çıxacaqsa, bu zaman Türkiyənin rolu və nüfuzu artacaq: "Bu gözlənilən ssenaridir. Sanki ABŞ çıxdığı bölgələri özünün müttəfiqləri ilə nəzarətdə saxlayacaq. Ancaq indilikdə biz Suriya ilə bağlı ABŞ administrasiyasının gələcək addımlarını gözləməliyik. Ordunun çıxarılacağı haqqında qərar qəbul olunub, ancaq qərarın icrası sahəsində konkret addımlar müşahidə olunmur”.

Sabiq nazir əlavə edib ki, ABŞ ordusunun Əfqanıstandan çıxarılması qərarı həyata keçsə, bu zaman bölgədə Qərbyönlü siyasətə yaxın olan Pakistanın fəaliyyəti aktivləşəcək. Onun sözlərinə görə, Tramp administrasiyasının əsas məqsədi regional problemlərinin həllində özü deyil, ona yaxın olan və həmin siyasəti həyata keçirən ölkələrin daha aktiv rol almasıdır: "İndiki mərhələni bu cür təhlil etmək olar. Amma sabah nələrin baş verəcəyini gözləmək lazımdır”.

T.Zülfüqarov hesab edir ki, ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra Rusiyanın davranışları maraqlı olacaq: "Biz Rusiyanın hansı addımlar atacağını deyə bilmərik. Ancaq hesab edirəm ki, rusların köhnə taktikası davam edəcək. Əfqanıstanda müxtəlif dini və milli mərkəzlər mövcuddur. Nəzərə alın ki, bunlar həm də güc mərkəzləridir. Müxtəlif dini və milli mərkəzlərin özünün silahlı dəstələri, nəzarət etdikləri ərazilər var. Yəni mərkəzi hakimiyyət tam şəkildə ölkəni idarə etmir. Rusiyanın əvvəlki siyasəti belə idi ki, Əfqanıstanda olan özbək mənşəli əhali ilə əlaqələri gücləndirir, onların fəaliyyətini aktivləşdirirdi. Söhbət general Dustumun rəhbərlik etdiyi ərazi və qüvvələrdən gedir. Ruslar bu siyasətini davam etdirək. Bunun üçün pul xərcləmək də lazım gələcək. Ümumən həm Suriyanın, həm də Əfqanıstanın etnik və dini baxımdan bölünmə prosesi gözləniləndir”.Teleqraf.com


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...