Cəmİyyət

Tıxac problemi və sürücü mədəniyyəti: Onlar arasında əlaqə varmı?

Tıxac problemi və sürücü mədəniyyəti: Onlar arasında əlaqə varmı?
Azər Allahverənov: "Sürücülər bəzən elə bir idarəetmə üsulu seçir ki, bu üsul ədəb-ərkandan kənara çıxır”

Tıxac problemi artıq uzun illərdir ki, paytaxtımızın ən mühüm problemlərindən biri olaraq qalmaqdadır. Bəs bu tıxacların yaranmasında sürücü mədəniyyətinin lazımi səviyyədə olmaması amili rol oynayırmı? Sürücülərin mədəni səviyyəsinin aşağı və ya yuxarı olamsı tıxac problemi və onun həllinə necə təsri göstərir?
Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert Azər Allahverənov tıxac probleminin yaranmasında bu amilin mühüm rol oynadığını vurğuladı:

"Sürücü mədəniyyətinin lazımi səviyyədə olmaması tıxacın yaranmasına səbəb olan amillərdən biridir. Tıxacı yaradan bir sıra amillər var ki, onların arasında sürücü mədəniyyəti ilə bağlı problem xüsusilə diqqət çəkir. Təəssüflər olsun ki, bu, bizim yollarımızda özünü açıq-aşkar göstərən bir haldır. Bizim sürücülər bəzən elə bir idarəetmə üsulu seçir ki, bu üsul ədəb-ərkandan kənara çıxır. Hava yağışlı, dumanlı-çənli və ya qaranlıq olanda bu, özünü xüsusilə büruzə verir. Sanki sürücülərin bəzisi bu durumdan istifadə edərək mövcud qaydaları pozmağa çalışırlar. Bu, çox yalış yanaşmadır. Belə olanda insanda qayda pozuntusu bir vərdiş halını alır.
Bundan başqa, müşahidələr göstərir ki, xüsusilə də nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilən yerlərdə bu cür qayda pozuntusuna meyl daha çox olur. Bəzən mütəmadi şəkildə istifadə etdiyi yolda tıxacın yaaşndığı bilən bəzi sürücülər alternativ yollar axtarmaq əvəzinə yenə eyni yoldan istifadə edir ki, bu da nəqliyyatın hərəkətini daha da çətinləşdirir. Ümumiyyətlə, hesab edirəm ki, özünə hörmət edən hər bir sürücü mədəni davranmalı, digər nəqliyyat vasitələri üçün problem yaratmamalıdır”.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031