Tillersonu dəqiqələrlə boş otaqda gözlətdilər – FOTOLAR

Tillersonu dəqiqələrlə boş otaqda gözlətdilər – FOTOLAR
Livana səfər edən ABŞ-ın xarici işler naziri Reks Tillerson  xoşagelməz münasibətlə qarşılaşıb. 

Sfera.az "Ntv.com"a istinadən bildirir ki, Liviya prezidenti Mişel Aun ilə görüşməli olan Tillerson dəqiqələrcə boş otaqda gözləməli olub. Onu qarşılayan heç kim olmayıb. Üstəlik, həmin anlar canlı olaraq yayımlanıb. Tillersonun Aun ilə görüşəcəyi otaqda ABŞ bayrağının olmaması da diqqət çekib. 

Livan tərəfinin açıqlamasında isə bildirilib ki, buna Tillersonun əvvəlcədən müəyyənləşdirilən vaxtdan bir qədər tez gəlmesi səbəb olub.
 

 
 


OXŞAR XƏBƏRLƏR