Tiflisdəki yanğın 100-dək azərbaycanlı sahibkarı müflis etdi

Tiflisdəki yanğın 100-dək azərbaycanlı sahibkarı müflis etdi

APA-nın məlumatına görə, yanğın zamanı Tiflis, Qardabani və Marneulidən olan həmyerlilərimizin malları yanıb.

Araşdırma nəticəsində məlum olub ki, ticarət mərkəzində işləyən azərbaycanlılar əsasən qızıl-zinət məmulatları və geyim satışı ilə məşğul olublar. Geyim dükanlarının sahibləri malların böyük hissəsinin tamamilə yandığını bildiriblər. Qızıl satışı ilə məşğul olanlar isə mallar seyflərdə saxlanıldığı üçün nisbətən zərərsiz ötüşüblər.

Tiflisdə yaşayan azərbaycanlı sahibkar Teymur Calalov bildirib ki, yanğın nəticəsində Tiflisdə yaşayan həmyerlilərimizin malları tamamilə yanıb: "Tiflis və ətraf qəsəbələrdən olanların malları yanıb. Onlar zərərlə üzləşib”.

"Uşaq dünyası” Ticarət Mərkəzində çalışan Tamaz Bayramov isə bildirib ki, hadisə zamanı 100-dək azərbaycanlı sahibkarın müxtəlif malları yanıb: "Elektrik avadanlığı, kabel və lampa satışı ilə məşğulam. Böyük ziyanla üzləşmişik. Elə obyektlərimiz var idi ki, orada qarışıq mallar satılırdı. İndi hamı hökumətdən kompensasiya tələb edir. Çünki biz hər ay 1000-2000 lari kirayə haqqı verirdik. Ziyanla üzləşən sahibkarlar parlament və Tiflis meriyası binasının qarşısına toplaşıblar. Hər gün Ticarət Mərkəzinin qarşısına toplaşırıq, yekun nəticəni gözləyirik”.

Gürcüstan televiziyasına müsahibə verən mərkəzin direktoru Giorgi Maçavariani yanğının qəsdlə törədildiyini bildirib. Tiflis meri David Narmaniya isə bəyan edib ki, sahibkarlara dəyən ziyanın həcmi yanğının səbəbləri araşdırıldıqdan sonra xüsusi komissiya tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, Tiflisdə yerləşən "Uşaq dünyası” Ticarət Mərkəzində yanğın 9 saat davam edib. Yanğının söndürülməsinə 26 yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 13 min kv.m ərazi yanıb.

OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...