Tibbi sığorta geniş spektrdə olmalıdır-ekspert belə düşünür

Tibbi sığorta geniş spektrdə olmalıdır-ekspert belə düşünür
"Tibbi sığortada nəzərdə tutulan xidmətlərin siyahısında tibbi əməliyatlar və dərman preparatları da öz əksini tapmalıdır”

Sfera.az-a açıqlamasında bu sözləri icbari tibbi sığorta üzrə mexanizmin açıqlanmasına münasibət bildirərkən sığorta məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.
 
"Tibbi sığorta dünyanın sivil ölkələrində tətbiq olunan uğurlu layihədir. Layihənin məqsədi sosial təminatı zəif təbəqənin tibbi xidmətlərə əlçatanlığını təmin etməyə hesablanıb. Tibbi sığortanın yığım mənbəyi üçün üç mənbə nəzərdə tutulub. Yığım mənbələrindən biri işə götürənlərlə bağlıdır. Bu mənada ola bilər hansısa özəl şirkət prosesin gedişində bankrot olub bağlansın. Belə risqlər də yığım prosesinə təsir edə bilər. Sığorta olunan şəxslərin daimi iş yerlərilə təminatda hər hansı problemin yaşanmayacağı, onların sığorta öhədliklərinin icrasında çətinliklərin olub-olmayacağı da prosesin gedişində bəlli olacaq”.
Dərman preparatları məsələsinin də sığortaya şamil edilməsinə gəldikdə, ekspert günan edir ki, burada təchizatçı şirkətlə tibbi sığorta mərkəzlərilə hansısa bir formada müqavilə bağlanacaq: "Ölkəyə gətirilən dərman preparatlarının 90 faizi özəl şirkətlərin payına düşür. Bu mənada dərman təchizatı ilə məşğul olan özəl şirkətlərlə həmin münasibətlərin necə tənzimlənəcəyi, ödəmə mənbəyində problem yarandıqda daimi təminatın necə olacağı da hələlik açıq qalır. Problem ondadır ki, hansı tibbi xidmətlər vətəndaşlara əlçatan olacaq. Neyrocərrahiyə və ürək-damar xəstəliklərilə bağlı əməliyyatlar çox bahalıdır. Bahalı əməliyyatlarla bağlı lazım olan vəsaitlərin tibbi sığortada nəzərdə tutulduğu halda, tam ödənilib-ödənilməyəcəyi də problemli məsələ olaraq qalır. Ölkədə tibbi sığorta üzrə dərman təchizatını təmin edən apteklər də var. Hansı ki, orada gərəkən dərmanlar sığorta olunana verilir. Pilot layihə üzrə Mingəçevir və Yevlaxda həyata keçirilən təcrübə də o qədər uğurlu olmayıb. Xüsusən həkimlərin apardıqları əməliyyata görə, tibbi sığortadan gələn gəlirləri stabil və yetərincə olmadığından hələlik bu məsələdə mübahisəli məqamlar qalır”.
 
Ekspert onu da vurğuladı ki, həkimlərin tibbi sığortadan gələn gəlirlərinin yüksək olmasına çalışılmalıdır: 
 
"Elə edilməlidir ki, onlar da gördükləri işdən narazı qalmasınlar. Tibbi əməliyyatlar və dərmanlar da tibbi sığortaya daxil edilməlidir. Elə xəstəliklər var ki, onların dərman təchizatında böyük vəsaitlər xərclənir. Xüsusən də ankoloji xəstələrdə. Ölkədə ankoloji xəstələrin əksəriyyəti məhz dərman preparatlarına maddi imkansızlıq üzündən ciddi çətinliklərlə üz-üzə qalırlar. Kardioloji, neyrocərrahiyə üzrə əməliyyatlar da böyük vəsait tələb edir. Ona görə bəzi insanlar əməliyyat olunmaq üçün evini satmalı, bankdan kredit götürməli olur.  Ona görə tibbi sığortada nəzərdə tutulan xidmətlərin siyahısında tibbi əməliyatlar və dərman məsələsi də öz əksini tapmalıdır. İnsanlar onsuz da xroniki xəstəliklərin öhdəsindən bu və ya digər formada gələ bilir”.

Qeyd edək ki, icbari tibbi sığortanın mexanizmi açıqlanıb. Muzdla çalışanlar, işçilər əmək haqqının 2%-i, işigötürənlər də verdikləri maaşın 2%-ni sığorta Agentliyinə köçürəcəklər. Belədə ilkin hesablamalara görə, tibbi sığorta üçün illik 1,5 milyard manat vəsait yığılacaq. Bu məbləğə vətəndaşlar hansı tibbi xidmətlərdən yararlanacaq? Əməliyyat xərclərini Agentlik ödəyəcəkmi? Dərmanlar pulsuzmu olacaq? Bu kimi suallar hələlik cavabsız qalır.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...