Tibb Universitetində meyit qıtlığı: Gələcəyin həkimləri maket üstündə təcrübə keçir

Tibb Universitetində meyit qıtlığı: Gələcəyin həkimləri maket üstündə təcrübə keçir
 "Universitetdə meyit qıtlığı var. Tələbələr öyrənmək üçün əyani material almır. Bizə meyit daxil olmur və təbii ki, eksponatlar hazırlanmır”.
Sfera.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri Tibb Universitetinin İnsan anatomiyası kafedrasının rəhbəri Vaqif Şadlinski deyib. O bildirib ki, kafedra illərdir, meyit qıtlığından əziyyət çəkir. Şadlinskinin sözlərinə görə, bu defisit təkcə ATU-da deyil, bir çox ölkələrdə var: "Tələbələr insan bədəninin quruluşunu meyit üzərində və yarılma prosesində izləyib öyrənməlidir. Dərini çıxardaraq biz onlara ölmüş insanın daxili quruluşunu göstəririk. Amma son zamanlar meyit çatışmazlığı var.
 
Yalnız Hindistan və Banqladeşdə bu sarıdan problem yoxdur, meyit bolluğu var. Hətta digər ölkələr onlarla müqavilə bağlayıb meyit əldə edirlər. Bizim bu kimi dövlətlərarası müqaviləmiz olmadığından, xaricdən meyit təminatı da mümkün deyil. Bir dəfə Türkiyədə konfransda yapon alimi çıxışında bildirdi ki, onlarda ayda bir dəfə televiziya ilə əhaliyə müraciət olunur ki, elmin, tibbin inkişafı naminə meyitlərini versinlər. Gələcəyin həkimlərinin meyit üzərində təcrübəsi, işi çox olmalıdır. Kafedrada meyit və orqanların saxlanılması üçün şərait var. Bu iş böyük əmək, əziyyət və maddi xərc tələb edir”.

Tibb Universitetinin vacib tədris materialı olan insan meyitləri ilə təminatı məsələsi həll olunmazsa, tələbələr maket və videolarda gördükləri ilə kifayətlənməli olacaqlar. 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...