Tibb tarixində İNQİLAB - 15 il kliniki ölüm keçirən gənc həyata dönür

Tibb tarixində İNQİLAB - 15 il kliniki ölüm keçirən gənc həyata dönür
 

Fransada 2001-ci ildə keçirdiyi yol qəzasından sonra kliniki ölüm keçirən 20 yaşlı gənc 15 il sonra həyat əlaməti göstərib.

A24.Az xəbər verir ki, gəncin onurğa beyninə taxılan implant buna kömək edib.

Xəstə üzərində aparılan araşdırmalar heç bir irəliləyişin olmadığın göstərib. Onurğa beyninə taxılan implantda isə həyat əlamətlərinin olduğu üzə çıxıb.


Hazırda 35 yaşı olan xəstənin Fransız sinir cərrahlarının onurğa beyninə taxdıqları "Vagus Nerve Stimulator” adı verilən bir implantın köməyilə vəziyyətinin yaxşılaşdığı bildirilir. Ancaq bu yaxşılaşma hələ ki, beyin səviyyəsində müşahidə edilir. "Vagus Nerve Stimulator” epilepsiya və depressiya xəstələrində istifadə edilir.

İnqilab oldu

Həkimlər adətən 1 il kliniki ölüm keçirən xəstələrin həyata dönüşlərinin mümkün olmadığını deyirdilər. Bu hadisənin kliniki ölüm keçirən xəstələr üçün bir ümid işığı olacağı bildirilir.


OXŞAR XƏBƏRLƏR