Tibb müəssisəsindən qaçan koronavirus xəstəsi belə saxlanıldı - VİDEO
23:15 / 03.04.2020
7077
Tibb müəssisəsindən qaçan koronavirus xəstəsi bazarda saxlanılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çilidə baş verib.
Bildirilir ki, qadının bu hərəkəti ilə əlaqədar bazar və ona yaxın ərazilər dezinfeksiya işləri üçün bağlanılıb.
Qeyd edək ki, Çilidə, ümumilikdə, 3404 yoluxma halı qeydə alınıb. 18 nəfər bu virusdan həyatını itirib.