\"Tibb işçilərinin hamısı vicdanla xidmət etmir\"

\

"Heç kəsə sir deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Təxminən iki həftə sonra Azərbaycanda yeni farmakoloji zavodun təməli qoyulacaq”.

Sfera.az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin kollegiya iclasında deyib

Nazir qeyd edib ki, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edan zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə danışıqlar aparılır: "Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının xalqa vicdanla xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçtla gün ərzində onlarla minnətdarlıq yazıları gəlir”.

Nazir bildirib ki, artıq bir neçə ildir ölkə başçısının tövsiyəsinə uyğun olaraq, dövlət qurumlarının rəhbərləri regionlara gedir, əhali ilə görüşür: "Əgər əvvəllər bölgələrdə qəbula gələnlərin sayı 80-ə çatırdısa, artıq bu rəqəm dəfələlə aşağı düşüb”. 

Azərbaycanda epidemioloji sabitliyin qorunmasından danışan O.Şirəliyev bu sahədə gömrük, dövlət sərhəd xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazana bildiklərini deyib: "Bir çox ölkələrdə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmaların olmasına, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb”.



OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....