Təzyiqdən əziyyət çəkənlər üçün çuğundur şirəsi

Təzyiqdən əziyyət çəkənlər üçün çuğundur şirəsi

Yüksək təzyiq damarları və ürəyi sıradan çıxaran ciddi problemdir. İnfarkt, iflic, böyrək xəstəliklərinin əsas səbəblərindən biri yüksək təzyiqdir.  Ona görə də yüksək qan təzyiqiylə mübarizə aparmaq lazımdır.

 

 

Yüksək təzyiqdən əziyyət çəkənlər həkimdən dərman tövsiyəsi alıb mütəmadi olaraq onlardan istifadə edə bilərlər. Ancaq təzyiqiniz hərdən bir yüksəlirsə, bu zaman çuğundurdan faydalana bilərsiniz.

 

 

Çuğundur A, C və B vitaminləri ilə zəngindir. Çuğundurun yarpaqları ispanaqdan daha çox dəmir ehtiva edir. Çuğundur maqnezium, kalsium, natrium, mis və fosfor anbarıdır.

 

Çuğundur şirəsinin yüksək təzyiqə faydalı olduğu elmi araşdırmalarla sübuta yetirilib.

 

250 ml çuğundur suyu 24 saat ərzində təzyiqi normal səviyyəyə salır. Ona görə də həkimlər ürək və damarların sağlamlığı üçün çuğundur şirəsi içməyi tövsiyə edirlər.

 

 

Çuğundur suyu qandakı nitrik oksid səviyyəsini artıraraq qanı duruldur. Mütəmadi olaraq çuğundur şirəsi içməklə yanaşı yeməklərdə və salatlarda da çuğundurdan bol miqdarda istifadə etmək lazımdır. Kiçik çuğundurların qida dəyəri daha yüksəkdir. Ona görə də çuğundur şirəsi xırda çuğundurlardan əldə edilməlidir.

 

 

Çuğundurları soyuq suyla yuyun və üzərindəki torpağı əlinizlə ovalayaraq təmizləyin. Qida dəyərinin azalmaması üçün qabıqlarını soymadan istifadə edin. Çuğundur şirəsini hazırlayarkən tərəvəzin yarpaqlarından da istifadə edin. Onun yarpaqları önəmli minerallar ehtiva edir. Yarpaqları salatlara da əlavə etmək olar.


Təkcə çuğundur şirəsi içmək səsin batmasına səbəb ola bilər. Çuğundur şirəsinin dadı da xoşagəlməz olur. Ona görə də cəfəri, kök, alma, xiyar, ispanaq kimi tərəvəz və meyvələrin şirələriylə yarı-yarıya qarışdırıb içmək lazımdır.

 

Lalə Nəsirova 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...