Təyyarəsi, avtomobili olmayan qadın prezident-Fotolar
15:50 / 03.01.2019
2342
2018-ci il sona çatdı. Dünyanın mətbu orqanları mədəniyyət, idman sahəsində 2018-ci ildə fərqlənən insanların siyahısını tərtib etdilər. İngilis mətbuatı 2018-ci ilin ən yaxşı islahatçı və sosial prezidentini seçib.
Sfera.az xəbər verir ki, ingilis mətbuatı Xorvatiya Respublikasının Prezidentidi Kolinda Qrabar-Kitaroviçi 2018-ci ilin ən yaxşı siyasətçisi və lideri elan edib.
Kolinda Qrabar-Kitaroviç - 11 yanvar , 2015-ci ildən Xorvatiya Respublikasının Prezidentidir. Mətbuat onun islahatlarını dəyərləndirib.
1. 2011-ci ildən NATO-nun baş katibinin ilk qadın köməkçisi və NATO-nun tarixində ən yüksək vəzifəli qadın kimi tarixə düşüb .
2. Prezident təyyarəsini satıb .
3. Nazirlərə və digər yüksək vəzifəli məmurlara məxsus 35 Mersedes Benz markalı avtomobili sataraq bütün vəsaiti dövlət büdcəsinə keçirdib.
4. Özünün və məmurların əməkhaqqını 50% azaldıb .
5. Səfirlərin, konsulların maaş və xərclərini 60% azaldıb .
6. Digər sahələrdə çalışanların əməkhaqqlarını qaldırıb .
7. O ,7 dildə (İngilis, İspan , Portuqal, İtaliyan, Fransız ,Alman və Rus) danışır və özünü heç vaxt başqalarından üstün hesab eləmir.