Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı

Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı
 FİDE şahmatçıların mart reytinqini açıqlayıb.

Sfera.az bildirir ki, fevralda baş tutan oyunların da əksini tapdığı siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Onlardan 5-i kişi qrossmeysterdir ki, təmsilçilərimizdən ikisi ilk "onluq"dadır. Milli üzvlərindən ən yaxşı göstəricinin sahibi dəyişib. Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu da arxada qoyub.

1 pillə irəliləyən T.Rəcəbov 2765 xalla dünyanın 9-cu şahmatçısıdır. Ş.Məmmədyarov isə iki pillə geriləyib. Komanda yoldaşından 1 xal geridə qalan şahmatçımız siyahıda 10-cudur.

Mövqeyini qoruyan Qədir Hüseynov 2665 xalla 72-ci sırada yer alıb. Ondan bir xal geri qalan Nicat Abasov 7 pillə geriləyərək 74-cü pilləyə düşüb. Rauf Məmmədov isə bir aylıq fasilədən sonra ilk "100-lük"də yerini qaytarıb. O, 2654 xalla planetin 91-cisidir.

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2842) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür.

 

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2443) 31-ci, Gülnar Məmmədova (2386) 77-ci və Ülviyyə Fətəliyeva (2377) 89-cu pillədədir. G.Məmmədova iki, digərləri üç pillə geriləyib.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birincidir.

(apasport.az)


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...