Teymur Rəcəbov özünü karantinə aldı - FOTO
19:45 / 19.03.2020
3964
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.
Sfera.az xəbər verir ki, bu barədə qrossmeyster özü sosial şəbəkədə məlumat paylaşıb.
O, sosial mediada selfi paylaşaraq 8 gündür karantində olduğunu qeyd edib.
Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.