Teymur Abdullayevə yeni vəzifə verildi

Teymur Abdullayevə yeni vəzifə verildi
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.
 
Bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib.

Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib:

"Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza onda cavab verəcəyəm”.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb. Ləğv edilən ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə "Azərenerji” ASC-dən ayrılıb.

"Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi isə Teymur Abdullayev təyin olunub.

Qeyd edək ki, Teymur Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə "Azərişıq” ASC-nin "ASAN Xidmətlə” iş şöbəsinin rəis müavini vəzifəsində çalışırdı.
 

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...