Təxribata hazırlaşan ermənilərə - Xəbərdarlıq

Təxribata hazırlaşan ermənilərə - Xəbərdarlıq

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib.

Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə "Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və "bayram konserti” ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.

Kursk şəhərindəki Azərbaycan diasporunun bir qrup üzvünün şəhər meriyası və erməni diasporunun nümayəndələri ilə görüşündə bunun qarşısının alınması tələb olunub. Ermənilər səhvlərini düzəldəcəklərinə söz veriblər, elanlardan və proqramlardan "Şuşanın azad olunmasının 25 illiyi” adlı hissəsi yığışdırılıb. Bildirilib ki, həmin gün Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hər hansı təxribat xarakterli hal olsa, azərbaycanlılar tərəfindən buna sərt reaksiya veriləcək.

Qeyd edək ki, bir neçə gündür Kurskda fəaliyyət göstərən erməni gənclər təşkilatları mayın 28-də "Şuşanın azad olunmasının 25 illiyi” adı ilə təxribat xarakterli aksiya və konsertin keçirilməsi elanını veriblər, rəsmi icazə aldıqlarını bəyan ediblər. Rusiyada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin müvafiq qurumlarına şikayət ediblər.


Xatırladaq ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub. (apa)

 

Sfera.az 



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...