Tətilə gələn 3 qız faciəvi şəkildə öldü - VİDEO - FOTO

Tətilə gələn 3 qız faciəvi şəkildə öldü - VİDEO - FOTO
ABŞ-ın Lusiana ştatında yerləşən Cefferson Davis Pariş qəsəbəsi yaxınlığında avtomobil qəzasına düşən 3 türk qız ölüb, 1 nəfər isə yaralanıb.

Tuğbanur Karakaşın idarə etdiyi avtomobil hələlik bilinməyən bir səbəblərdən yoldan çıxaraq qarşı tərəfdən gələn bir maşınla toqquşub.

Ölən 3 gənc türk qızın Tuğbanur Karataş (21), Özge Nur Mollaahmetoğlu (22) və Didem Deniz (21) olduğu açıqlanıb. Eyni avtomobildə olan və ağır yaralanan Fatih Turhan isə xəstəxanaya çatdırılıb.

Qəzada yaralanan digər şəxs isə yük maşınının 56 yaşlı sürücüsü Paul Albertdir. Qəzada can verən 3 türk tələbə qızın tətillərini dəyərləndirmək üçün Luisianaya səyahat etdikləri məlum olub.

mənbə: milli.az

 






OXŞAR XƏBƏRLƏR