Tətildən sonra iş həyatına qayıtmağın çətinliyi - Problemi necə çözmək olar?

Tətildən sonra iş həyatına qayıtmağın çətinliyi - Problemi necə çözmək olar?

Bayram günlərində tənbəllik hissi çoxlarını bürüyür. İlk iş günləri isə xüsusilə ağır sayılır. Ümumiyyətlə, tətil sonrası işgüzar həyata uyğunlaşma çətin prosesdir.

Sfera.az xəbər verir ki, psixoloq Ahmet Tuğrul Demirin "Ekspress"ə bildirdiyinə görə, işləyənlər üçün uzun bayram tətillərinin əhəmiyyəti böyükdür: "Aylarla sürən ağır, yorucu, bir-birini təkrar edən günlərdən sonra işin stresindən uzaq, bol əyləncə və dincəlmə fürsəti olan tətil günləri fiziki, əqli və psixoloji cəhətdən insanın rahatlanmasına xidmət etsə də, tətil günlərinin sonunda əksər iş adamları iş günlərinə qayıtdıqda adaptasiya ilə bağlı problemlər yaşayır. Araşdırmalara görə, çalışanların yüzdə əllisi tətildən qayıtdıqdan sonra özlərini yaxşı hiss etmirlər".

Onun dediyinə görə, bayramları sevilən, gözlənilən edən əslində uzun tətil günləridir: "Çünki uzunsürən yorucu iş tempindən sonra həm fiziki, həm də mənəvi yorğunluq başlayır. Tam bu həddə çatanda tətilə çıxmaq dincəlmək və stres-dən qurtulmaq üçün əla fürsətdir. Yeni il tətilini də bu şəkildə dəyərləndirən insanlar var. Ancaq tətilin son günlərində bir çox insanlar işgüzar həyata başlamaq istəmir və işgüzar həyata adaptasiya olmaqda çətinlik yaşayır. Tətildən sonra işə qayıtdıqda tez-tez baş ağrıları, yuxusuzluq, iştahsızlıq, səhər tezdən yuxudan dura bilməmək, bel və boyun ağrıları, işə həvəssiz getmək, gərginlik kimi şikayələr ortaya çıxar. Xüsusilə də, depressiya və qayğı pozuntusu keçirən insanlarda bu kimi şikayətlər daha çox olur".

Psixoloq qeyd edib ki, tətilə çıxmaqdan zövq almayan və ağır iş tempinə geri döndüyü üçün xoşbəxt olanlarsa nədənsə, bu proseslərə görə təsirlənməzlər: "Çalışmaqdan zövq almaları onların təkrar yoğun iş qrafikinə qayıdaraq problemsiz işgüzar həyatlarını sürə bilməsinə səbəb olur. Lakin insanların çoxu üçün tətil günləri bayram sonrası işə və günlük həyata adaptasiyanı çətinləşdirir və diqqəti cəmləməkdə problemləri artırır".

Onun sözlərinə görə, bayram günləri bitdikdən sonra işə adaptasiya vaxt alsa da, bu vaxtı qısaltmağın yolları var: "Həm işçilərin, həm də rəhbər işçilərin müəyyənləşdirdiyi kiçik planlarla bu prosesi daha asan keçmək mümkündür. İşə getməzdən əvvəl hazırlıq etmək, ilk iş həftəsinin çətin keçəcəyini əvvəldən qəbul etmək işə uyğunlaşmağı asanlaşdıra bilir. İlk həftə az, özünü çox yükləmədən işləmək həm sizin, həm də işgüzarlığınız üçün müsbət yatırım olacaq". 

Qeyd edək ki, bayram günlərindən sonra bəzi adamların əhvalı pisləşə bilər. Bu onunla izah olunur ki, bayram ab-havası yoxa çıxır. Şənlikdən sonra dərhal adi günlər, gündəlik işlər başlayır. Bayramdan sonra ilk iş günlərinə çoxları həvəssiz başlayır. Geriyə, bayrama dönmək həvəsi bir müddət insanları tərk etmir. İşdə ilk günlər darıxdırıcı olur. Tədricən işdən uzaqlaşmaq istəyi daha da güclənir. Belə ki, insanlar başa düşməyə başlayırlar ki, işə getmək lazımdır.

Həmsöhbətimiz deyib ki, tətildə olan enerjili və zövqlü həyat sonradan da davam etməlidir: "Tətil sonrası adaptasiya problemini çözmək üçün, son tətil günlərində gec saatlarda evə qayıdıb ertəsi gün səhər tezdən işə başlamaq olmaz. Bu səbəblə ən az tətildən bir gün əvvəl evdə dincəlmək lazımdır".

Tətil boyu iş və özəl həyatla bağlı sorğulardan uzaq qalmalısız. Bu sorğulamalar psixoloji olaraq daha çox qayğılanmağınıza və yorulmağınıza səbəb olacaq: "Belə olduğu halda tətilə çıxmağınızın sizin üçün bir mənası qalmaz" deyən Ahmet Tuğrul Demir əlavə edib ki, tətildən qayıtdıqda önəmli toplantılar, layihələr anidən özünüzü çox dəyişik hiss etməyinizə səbəb ola bilər. Bu səbəbdən də, işgüzar həyatınızın ilk həftəsini uyğun şəkildə proqramlamağa çalışmalısız.

Müsahibimiz tövsiyə edir ki, tətildə yaşadığınız hüzuru işə qayıtdıqdan sonra da davam etdirmək üçün hobbiləriniz, idman və özünüzə özəl zaman ayrılmalısız: "İlk həftələrdə daha yumşaq bir keçid üçün iş günü bitdikdən sonra dostlarınız və ailənizlə birlikdə teatra, kinoya, konsert və s. kimi yerlərə getməlisiz. Bundan başqa, qidalanma vərdişlərinizi yenidən gözdən keçirərək tətil boyu qidalanma ilə bağlı pozulan vərdişlərinizi yenidən planlaya və özünüzü daha xoşbəxt hiss edə bilərsiz".

Ekspertlərə görə, bayramdan sonra depressiyaya düşənlər də olur. Bayram günlərinin ötməsinə baxmayaraq, insanlar onun davam etməsini istəyir. Bir çox hallarda belə depressiya bayramdan gözlədiyimizi ala bilməməyimizlə izah olunur. Yeni ildə çoxları hər şeyin dəyişəcəyinə, daha yaxşı olacağına ümid edirlər. Əgər fikir versəniz, Yeni İl ərəfəsində bürclərə, növbəti ilin nələr vəd edəcəyinə maraq daha da güclənir.


OXŞAR XƏBƏRLƏR

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...