\"Tesla\"dan inqilabi yenilik

\
 
ABŞ-ın elektromobil istehsalçısı olan "Tesla” şirkəti özünün bütün avtomobillərini tam avtonom idarəetmə ilə təchiz etmək məqsədilə yeni proqram təminatının sınaqlarına başlayır.
 
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask (Elon Musk) keçirdiyi mətbuat konfransında bildirib. Şirkət gözləyir ki, 2017-ci ilin sonunadək avtomobil Nyu-Yorkdan Los-Ancelesə sürücüsüz, müstəqil şəkildə gedə biləcək.  
 
Gələn həftədən etibarən "Tesla” avtomobilləri kompüterə dairəvi görüntü imkanı verən çoxlu sayda kameralarla təchiz olunmağa başlayacaq. Üstəlik, avtomobillərdə quraşdırılacaq yeni kompüter indikindən 40 dəfə sürətli işləyəcək. Avtomobillər yaxşılaşdırılmış ultrasəs sensorları ilə də təchiz olunacaq. "Əslində bu, superkompüterlərdir”, - deyə İ. Mask söyləyib.  

Yeni proqram təminatını kütləvi quraşdırmazdan əvvəl "Tesla” onları avtomobillərin sıx hərəkət etdiyi yollarda sınaqdan keçirəcək. Köhnə maşınlara yeni proqram yüklənməyəcək və tam avtonom idarəetməyə yalnız S, X modelləri və üçüncü model malik olacaq. İ. Mask deyib ki, özü idarəolunan avtomobillər orta statistik sürücünün idarə etdiyi avtomobildən 10 dəfə təhlükəsiz olacaq. Yeni sistem avtopilot adını almayacaq, çünki avtopilot prosesə insanın cəlb olunmasını da ehtiva edir. Digər tərəfdən, avtopilot yalnız məhdud hərəkətin olduğu şose üçün nəzərdə tutulur, yeni sistem isə piyadaların, velosipedçilərin hərəkət etdiyi, mürəkkəb döngələrin olduğu yollarda da avtomobilin hərəkətini təmin edəcək.  


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...

İlham Əliyev: "Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək"

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək.   Sfera.az xə...

Blinken Çində səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken Çində səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller &...

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır ...

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəb...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...