İqtİsadİyyat

Tesla şirkətindən pilotsuz taksilər: Qiymətlər açıqlandı

Tesla şirkətindən pilotsuz taksilər: Qiymətlər açıqlandı
Tesla şirkətinin hesablamalarına əsasən pilotsuz taksi sahibləri ildə 30.000$ gəlir əldə edə bilərlər.
 
Sfera.az technote-a istinadla xəbər verir ki, Tesla elektromobillərinin sahibləri öz elektromobillərindən istifadə etmədikləri müddətdə onları icarəyə verə biləcəklər.

Beləliklə elektromobillər pilotsuz taksi kimi fəaliyyət göstərəcəklər. Bu barədə Vc.ru saytı xəbər verib. Robotaxi servisinin müştəriləri isə pilotsuz taksiləri xüsusi mobil tətbiq vaitəsilə sifariş edə biləcəklər. Elon Musk-ın sözlərinə əsasən yaxın il yarım ərzində pilotsuz taksi servisi 1 milyona yaxın avtomobil əldə edəcək.
 
İstənilən avtomobilin sahibi öz avtomobilini Tesla şəbəkəsinə daxil edə və ya həmin şəbəkədən silə bilər. Əlçatan avtomobillərin saylarının az olduqları ərazilərə isə şirkət özü avtomobil çatdırılması ilə məşğul olacaq. Robotaxi ilə 1 kilometr gediş 0.18$ təşkil edəcək. Bu isə adi car sharing-də olan qiymətdən qat-qat ucuzdur. Belə ki, adi car sharing servisində gediş haqqı adətən 2-3$ təşkil edir.
 
Tesla elektromobillərinin sahibləri öz elektromobillərini hansı zamanlarda icarəyə verəcəklərini və hətta elektromobildən kimlərin istifadə edə biləcəklərini də təyin etmə imkanına sahib olacaqlar. Məsələn Tesla sahibi öz elektromobilindən yalnız dostlarının və ailə üzvlərinin istifadəsini seçə bilər. Öz avtomobilini bu cür icarəyə verəcək şəxs ildə 30.000$ gəlir əldə edə bilər. Bununla belə avtomobil rahatlıqla 11 il ərzində fəaliyyət göstərə biləcək. Tesla şirkətinin öz komissiyası isə 25-30% təşkil edəcək. Tesla şirkəti pilotsuz taksi servisini bəzi regionlarda artıq 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031