Texnologİya

“Tesla” müştərilərini bu güzəştdən məhrum etdi

“Tesla” müştərilərini bu güzəştdən məhrum etdi
Son 5 il ərzində "Supercharger” şəbəkəsində elektrikli avtomobilləri pulsuz şarj etmək imkanı verən "Tesla” şirkəti müştəriləri üçün bu güzəşti ləğv edib.

Sfera.az xəbər verir ki, bu qərar keçən ildən bəri Model 3 sedanlarının sahibləri üçün tətbiq olunmuşdu. Lakin indi bütün müştəriləri əhatə edəcək. İndi  Model S, Model X və Model 3 Performance modelli "Tesla” alıcıları pulsuz şarj üçün 100 dollar məbləğində kredit ala biləcəklər.

"Tesla”nın pulsuz enerji nəzərdə tutulmuş avtomobilllərin qiymətini aşağı sala biləcəyi də gözlənilir.

Ekspertlər "Supercharger” şəbəkəsinin verdiyi elektrik miqyasını hesablayaraq bu qənaətə gəliblər ki, "Tesla” bu enerjini satacağı halda 50-100 milyon arası gəlir əldə edə bilərdi.

Elektrikli avtomobillərinin satışının və sayının artması nəticəsində pullu şarj əsas gəlir qaynaqlarından biri olacaq.

Rəsul

Sfera.az




XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031