Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, araşdırmalarla onun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xaliq Tağıyev olması məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisində və daha 6 kənddə - Hüsənli, Buruc, Səhləbad, Köçərli, Azadqaraqoyunlu və Bayandurlu kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən kabellərin ümumilikdə 500 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.