Tərtərdə iki oğurluq faktının üstü açılıb

Tərtərdə iki oğurluq faktının üstü açılıb
 
Tərtərdə iki oğurluq faktının üstü açılıb.

Sfera.az "xezerxeber.az"a istinadən xəbər verir ki, rayon sakini Nəcəf İbrahimov polisə müraciət edərək evinin qarət edildiyi barədə məlumat verib. Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb. Bundan başqa, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Sarov kəndindəki qəbiristanlıqdan alüminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb. Dindirilmə zamanı onlar törətdikləri oğurluq əməllərini etiraf ediblər.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR