Terrorçunun kimliyi bilindi

Terrorçunun kimliyi bilindi
 
"Reina" gecə klubuna hücum edən terroristin kimliyi məlum olub.

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, uyğur türkü olduğu iddia edilən terrorist 2016-ci ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib.

Terroristin diqqət çəkməmək üçün arvadı və 2 uşağını da özü ilə gətirdiyi bildirilib. 

Kimliyi tam olaraq açıqlanmayan terroristin ailəsi həbs edilib. 

Qeyd edək ki, ötən gecə İstanbulda gecə klubunda törədilən terror aktı nəticəsində 40 nəfər ölüb, 68 nəfər xəsarət alıb.



OXŞAR XƏBƏRLƏR