Terrorçu təşkilata üzvlükdə şübhəli bilinənlər saxlanıldı
12:02 / 23.09.2021
428
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayətində keçirdiyi üç xüsusi əməliyyat çərçivəsində terrorçu cəmiyyətin üzvü olmaqda şübhəli bilinən 15 nəfər saxlanılıb.
Sfera.az TASS-a istinadla xəbər verir ki, məlumatı Rusiya Federal Təhqiqat Xidmətinin regional idarəsinin mətbuat xidməti yayıb.
Məlumata görə, həmin şəxslərdən 3 kq ammonium-nitrat tərkibli partlayıcı maddə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, FTX-nin əməkdaşları bir müddət əvvəl Mərkəzi Asiyadan olan əmək miqrantlarını terrorçuluq fəaliyyətində şübhəli bilərək saxlamışdı.