Terrorçu kamikadze özünü partlatdı: 1 ölü, 14 yaralı
Dünya
19:27 / 09.08.2016
1421
Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Əfqanıstanın Məzari Şərif şəhərində yerləşən bazarların birində terrorçu kamikadze özünü partladıb.
Nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralananlar arasında bir uşaq və 3 qadının da olduğu bildirilir.
Qeyd edək ki, regionda fəaliyyət göstərən heç bir terror təşkilatı partlayışın məsuliyyətini hələ ki üzərinə götürməyib.