Terror aktları, zəlzələlər necə planlaşdırılır? - Hamısından xəbərdar olun! - FOTOFAKT

Terror aktları, zəlzələlər necə planlaşdırılır? - Hamısından xəbərdar olun! - FOTOFAKT
1995-ci ildə İlluminati bir şirkət vasitəsilə "İlluminati Card Game” adlı bir oyun dəstini satışa çıxardı. Bu kartların üzərində müxtəlif şəkillər və altında o şəkillərlə bağlı məlumatlar yer alırdı.

Bu şəkillərdə İlluminatinin dünyanı idarə etmək üçün istifadə etdiyi üsullar və gələcəkdə edəcəyi bəzi işlər yer alırdı.

Oyun kartı 1995-ci ildə çıxıb, ancaq sonradan baş verən hadisələr o qədər üst-üstə düşür ki, təəcüblənməyə bilmirsən.

500 kartdan bir neçəsi xüsusilə fərqlənir. Sanki hadisələr qabaqcadan xəbər verilir, yaxud planlaşdırılır. Bu kartlardan 6-sı bizə daha maraqlı gəldi


Şəkil 1: Əkiz qüllələr


Ən mühüm sübutla başlayaq. Əkiz qüllələrin vurulması! Kartın başlığı "Terrorist Hücumu”dur və üzərində bu sözlər yazılıb: 

"Bu kartı idarəniz altında olan bir şiddət qrupuna +18 güc və ya +10 müqavimət vermək üçün istifadə edin”. Artıq əkiz qüllələrin birbaşa ABŞ tərəfindən vurulduğu bilinir. Bunu da müsəlman terrorist qruplarını güclü göstərərək Yaxın Şərqi işğal etməyin əsasını hazırlamaq üçün etmişdi. Eynilə kartda deyildiyi kimi.


Şəkil 2: Pentaqonun vurulması


Pentaqonun vurulıması Əkiz qüllələrə nisbətən bir qədər kölgədə qalmışdı. Kartlarda oranın da partladılması göstərilib. 2002-c ildə fransız saytlarının birində maraqlı məqalə dərc olundu. Orda Pentaqonun parladılmış şəkli qoyularaq sual verilirdi - Şəkilə yaxşı baxın, əgər bu binaya təyyarə çırpılıbsa onun qalıqları hanı? "Boing-757” təyyarəsi ən azı 100 tondur -  motoru, qanadları, qalıqları bu şəkildə varmı? Yoxdur. Bəs ora necə partladılıb?


Şəkil 3 : Neft platforması


22 aprel, 2010-cu ildə «Deepwater Horizon» neft platformasında qəza oldu. 36 saatlıq yanğın partlayışla və neft platformasının batması ilə nəticələndi. Meksika körfəzi neftlə çirkləndi. 57 min kvadrat kilometr ərazi bağlandı.


Şəkil 4: Gənc milyarder

2010-cu ildə "Time” nəşri "Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqi "İlin adamı” elan etdi. Onun haqqında "Sosial şəbəkə” adlı bəddi film çəkildi. "Forbes” onu tarixin ən gənc milyarder kimi xarakterizə etdi. Kartdakı şəkillə necə də uyğun gəlir.


Şəkil 5: Yaponiya zəlzələsi

İndi isə növbə HAARP silahı ilə edilən növbəti fəlakətə gəldi. Yaponiya 2011-ci ildə böyük bir zəlzələ yaşadı. İqtisadiyyatına böyük ziyan dəydi. Yaponiya texnologiyasının Amerikanın ən böyük rəqibi olduğunu düşünsək, bu zəlzələnin Amerika tərəfindən həyata keçirildiyinə təəccüb etməməliyik. Eyni zamanda zəlzələdən sonra nüvə qəzası da yaşandı. Amma Amerika bu məsələdə uğursuzluğa uğradı. Kartın üzərində yazılıb:

"Birləşmiş fəlakət. Bu kartı eyni yerdə ardıcıl iki fəlakət etmək üçün istifadə edə bilərsiniz.”.

 Şəkildəki insanların qıyıqgöz olduğuna fikir verin. Eyni zamanda aşan saat qülləsi də "Tokio Wako” saat qülləsidir. Saat qülləsində saat 11 və 3-ü göstərir. Zəlzələnin olduğu tarix isə 11.03.2011-dir.


Şəkil 6: Şəhzadə Diananın ölümü 


1997-ci ilin 31 avqust tarixində 36 yaşlı Diana Paris şəhərində avtomobil qəzasında həlak olur. Bu faciə bir çox şayiə və dedi-qoduların yaranmasına səbəb olur.

Fransa polisinin rəsmi versiyasına əsasən, avtomobilin sürücüsü sükan arxasında içkili olub. Onun qanının tərkibində spirtli içkinin miqdarı yol verilən miqdardan üç dəfə çox olub. Vəziyyəti avtomobili təqib edən paparazzi fotoqraflar qəlizləşdirib. Anri Pol onlardan aralanmaq istəyib. Qəflətən paparazzilərin maşını "Mercedes”-in qabağına keçir və qəza vəziyyəti yaranır. Toqquşmadan yayınmaq istəyən Anri manevr etmək istəsə də, divara çırpılır.

Bu versiya kifayət qədər obyektiv və izahedicidir. Fransa polisinə inanmamaq üçün heç bir əsas da yoxdur. Çünki fransız polisi dünyada ən yaxşı və obyektiv təhqiqat aparan polis əməkdaşlarıdır.

Dodi prodüser işləyirdi və onun 42 yaşı var idi. Dodi milyarder Məhəmməd əl-Fayedin oğlu idi. Məhəmməd əl-Fayed bəyan etdi ki, təhqiqat qeyri-obyektiv aparılıb. Bir çox fakt isə təhrif edilib. Qəza şəraitinə səbəb olan paparazzi Ceyms Andanson əslində Britaniya kəşfiyyatı M6-nın əməkdaşı olub. Sürücü Anri Pol sərxoş olmayıb. Səfərdən əvvəl o, böyük miqdarda psixotrop həb qəbul edib. Buna görə də təsadüfdən yox, planlaşdırılmış qətldən danışmaq lazımdır. Bütün bunlar təbii ki, iddiadır.
Ancaq hadisədən iki il əvvəl kartlarda Diana haqda məlumatın verilməsi şübhələri artırır.

İlqar Atabəyli
Sfera.az







OXŞAR XƏBƏRLƏR