Hadİsə

Təqaüdə çıxan polis mayoru qəzada öldü

Təqaüdə çıxan polis mayoru qəzada öldü
İsmayıllıda avtomobil qəzası baş verib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu saatlarda İsmayıllı-İvanovka yolunda qeydə alınıb.

Göyçayın Şahsoltanlı kənd sakini, 1958-ci il təvəllüdlü Mahmudov Arzu Mahmud oğlu idarə etdiyini minik avtomobili ilə İvanovkadan İsmayıllı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil dərəyə yuvarlanıb. Zərbənin təsirindən A.Mahmudov hadisə yerində ölüb.

Qeyd edək ki, uzun illər İsmayıllı rayon polis şöbəsinin əməkdaşı olan mayor A.Mahmudov yaxın aylarda təqaüdə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031