Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı artıb

Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı artıb
 

2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini Bəhruz Əsgərov deyib. O bildirib ki, bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158% artım hesab olunur.

"İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. Ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olub və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsulları hazırlanıb. Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.

 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən "Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində iştirak edir. Sərgidə Azərbaycanı 80 kv. metrlik stendlə 4 hotel, 3 turoperator və "Dağ Yəhudiləri Muzeyi” təmsil edir.


OXŞAR XƏBƏRLƏR