Ötən iki gündə baş vermiş 10 yol qəzasında 11 nəfər həlak olub

Ötən iki gündə baş vermiş 10 yol qəzasında 11 nəfər həlak olub

 


Ötən iki gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 22-23-də ölkədə törədilən 35 cinayətin üstü "isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Ölkənin avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.



OXŞAR XƏBƏRLƏR