Ötən gün törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün  törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb
 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 13 cinayətin üstü "isti izlər”lə açılıb.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.   

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR