AdRiver
Ötən gün baş verən zəlzələ süni olaraq törədilib? - İDDİA

Ötən gün baş verən zəlzələ süni olaraq törədilib? - İDDİA

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında Zaqatalada 5.5 bal gücündə zəlzələ baş verib. Sosial şəbəkədə bəzi şəxslər başqa ölkələr tərəfindən bu zəlzələnin süni olaraq törədildiyini iddia ediblər. İddiaya görə, əsas hədəf Rusiya olub.  

Respublika Seysmoloji Xidmət mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bu iddiların reallığı əks etdirmədiyini bildirib:

"Bu süni zəlzələ deyil. Azərbaycan seysmoloji baxımdan kifayət qədər aktiv ərazidə yerləşir. Bizim aktiv bölgələrimizdən biri də Şəki və Zaqataladır. Aktiv zonada hər zaman zəlzələ baş verə bilər. Sadəcə olaraq biz öncədən bu haqda məlumatlı olmuruq".
 
Qeyd edək ki, dünyada HAARP (Yüksək frekanslı şüaları araşdırma proqramı) texnologiyasına sahib olan bir neçə ölkənin süni təbiət hadisələri yarada bildikləri ilə bağlı iddialar xarici mediada, xüsusilə də qonşu ölkə Türkiyədə tez-tez gündəmə gəlir. 

Nigar
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---