Temperatur 20 dərəcəyə qədər qalxacaq

Temperatur 20 dərəcəyə qədər qalxacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 14 martda gözlənilən hava şəraitini açıqlayıb.

 

 

Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Martın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.


 

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.


 

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.


 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti təşkil edəcək.



OXŞAR XƏBƏRLƏR

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...

“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gün...

“Bir çox ölkələrdə təbii adalar belə satışa çıxarılır” – Həsənquliyevdən Tahir Mirkişiliyə ETİRAZ

“Tahir Mirkişili mənə uğursuz cavab verməyə cəhd etdi”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qü...

“Antimilli ünsürlər Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar” – Sahib Alıyev

“Antimilli ünsürlər son zamanlar yenə də haylarla çiyin-çiyinə verərək Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar”.    ...