Təmiz bal xarlayır? – İZAHI

Təmiz bal xarlayır? – İZAHI

Balın orqanizmə nə qədər faydalı olduğunu hamımız bilirik. Bu təbii qidanın faydaları saymaqla bitməz. Amma əlbəttə, söhbət təmiz baldan gedir. Bəs təmiz balı necə tanımalı? Çoxları xarlamış balın təmiz olmadığını zənn edir. Bu, həqiqətən belədirmi?

Sfera.az lent.az-a istinadən xəbər verir ki, bal tez və ya gec (götürüldüyü çiçəkdən və saxlanma şəraitindən asılı olaraq) qatılaşıb xarlayır. Balın xarlaması (kristallaşması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlayır (bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlayır.
 
Nektarın (şirə) toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar həmin zaman ən mühüm işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlükozaya və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlükoza çox olduqda xarlama tezləşir. Buna misal olaraq, günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlama ləng gedir. Balın təbii olub olmadığını bilməyin çox asan yolu var. Əslində təbii və keyfiyyətli bal xarlayır. "Xarlayan bal saxtadır" fikri yanlışdır. Xarlamış bal haqqında yanlış məlumatlar yayılır. Çox insan balın donmasını onun saxta olması ilə əlaqələndirir. Bu, düzgün qənaət deyil. Azərbaycanda demək olar bütün bal növləri tez, ya gec kristallaşır. Həm dağ bölgəsində əldə olunan bal, həm də Aran zonasının balı xarlaya bilər. Balın xarlaması onun təbiiliyini sübut edən bir haldır. Xarlamış balla bağlı səhv fikirlər süzmə bal istehsalçılarına bazarda problem yaradır. Bunu bilmək vacibdir ki, təbii və çox keyfiyyətli bal hətta süzmə prosesindən az müddət sonra kristallaşa bilər. Kristallaşan bal rahatlıqla qəbul edilməlidir. Bazara "təbii bal" deyə çıxarılan bəzi məhsullarla alıcılar aldadılır. Balın keyfiyyətini dadaraq, yaxud qoxulamaqla bilmək mümkün deyil. Bal xarlayanda onun kimyəvi tərkibi əsla dəyişmir. Bu hal, balın sadəcə görünüşünün dəyişməsinə səbəb olur. Təbii bal zamanla, yaxud saxlama şəraitindən asılı olaraq donur. Soyuq yerdə, ya da soyuducuda saxlanması balın xarlamasını sürətləndirir.
 
- Balın xarlaması tam təbii haldır
 
- Xarlanma balın təmizliyinə zəmanətdir
 
- Xarlanma fruktoza və saxarozanın miqdarından asılıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən bal növləri tez, fruktoza çoxluq təşkil eləyən bal çeşidləri gec xarlayır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından fərqlənir.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...