Krİmİnal

Telman İsmayılov Lənkəranskinin qətli haqqında

Telman İsmayılov Lənkəranskinin qətli haqqında
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov bəyan edib ki, onun ortaqları "qanuni oğru” Rövşən Lənkəranskinin qətlində iştirak etməyiblər.
 
Bununla bağlı biznesmenin vəkili Marina Rusakova TASS agentliyinə məlumat verib. 
Onun sözlərinə görə, müdafiə etdiyi şəxs bəzi KİV-lərdə İstanbulda Rövşən Caniyevin qətlində keçmiş tərəfdaşlarının iştirakı haqda açıqlama verməsi ilə bağlı yazılan xəbərləri rədd edir. 

Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlində ittiham edilir və 2017-ci ilin noyabrında Moskvanın Basman məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. İsmayılovdan başqa, bu işdə qardaşları Rafiq və Mehman Kərimovun da adları hallanır. Rafiq İsmayılov həbs edilib, Telman isə Rusiyadan kənardadır. 

Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ildə İstanbulda qətlə yetirilib. /oxu.az
 
AdRiver

XƏBƏR LENTİ