Tələt Səfərov işdən çıxarılıb

Tələt Səfərov işdən çıxarılıb

Atəşgah Sığorta ASC-nin İdarə Heyətinin (İH) sədri Tələt Səfərov işdən çıxıb.

Sfera.az xəbər verr ki, bu barədə Report-a şirkətdən bildirilib.

Məlumata görə, onun yerinə 1-ci müavini Əkbər Mədətlinin və yaxud Atəşgah Həyat Sığorta ASC-nin İH-nin sədri Azər Əliyevin təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i ISR Holding MMC-yə, 27%-i Ran-Exim MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Sfera.az 


OXŞAR XƏBƏRLƏR